Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv olunur

0
9090
masin-bazari-avtomobil-kredit

Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv olunur.

Bineqedi.com xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Tullantılar haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Bununla, güzəşt və birdəfəlik ödəniş, habelə nəqliyyat vasitələrinin utilizasiyası ilə bağlı funksiyaların icrasının təşkili və təmin edilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada dövlət büdcəsi vəsaiti hesabına maliyyələşdiriləcək.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

***

Minik avtomobillərinin yerli istehsalının təşviqi ilə bağlı güzəşt tətbiq olunur.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, tam istehsal formasında sənaye yığımının həyata keçirilməsi şərtilə İqtisadiyyat Nazirliyinin təsdiqedici sənədi əsasında hüquqi şəxslər tərəfindən Nazirlər Kabinetinin təsdiq etdiyi siyahı əsasında yığılmamış, komplektləşdirilməmiş və ya sökülmüş minik avtomobillərinin və onların ehtiyat hissələrinin idxalının 2027-ci il yanvarın 1-dən 6 il müddətinə ƏDV-dən azad edilməsi təklif olunur.

O cümlədən “Gömrük tarifi haqqında” qanuna təklif olunan dəyişikliyə əsasən, tam istehsal formasında sənaye yığımının həyata keçirilməsi şərtilə İqtisadiyyat Nazirliyinin təsdiqedici sənədi əsasında hüquqi şəxslər tərəfindən siyahısı Nazirlər Kabineti tərəfindən təsdiq edilən yığılmamış, komplektləşdirilməmiş və ya sökülmüş minik avtomobillərinin və onların ehtiyat hissələrinin idxalının 2027-ci il yanvarın 1-dən 6 il müddətinə gömrük rüsumundan azad edilməsi nəzərdə tutulur.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

***

Avtomobillərin ödənişli hərəkət zonalarına daxil olması ilə bağlı qanun dəyişir.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Avtomobil yolları haqqında” Qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, Bakı şəhərinin inzibati ərazisində ödənişli hərəkət zonaları və nəqliyyat vasitələrinin həmin zonalara daxil olmasına görə haqqın məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq ediləcək, həmin haqq dövlət büdcəsinə ödəniləcək.

Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımaları həyata keçirən daşıyıcılar tərəfindən məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinin göstərilməsinə görə subsidiya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdiriləcək.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Əvvəlki məqaləDərmanların qiymət qaydalarına dəyişiklik təklif olunur