Milli Qəhrəman Ehtiram Əliyev dəfn edilib – FOTO

0
9090
Azərbaycanın Milli Qəhrəmanı Ehtiram Əliyev Hərbi Memorial Məzarlıqda torpağa tapşırıldı.
Dəfn mərasimində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Rayon İcra Hakimiyyəti Aparatının məsul əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri, eləcə də mərhumun ailə üzvləri və yaxınları iştirak etdilər.
Bineqedi.com xəbər verir ki, mərasimdə Milli Qəhrəmanın əziz xatirəsi ehtiramla yad edildi, onun ruhuna dualar oxundu. Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda göstərdiyi qəhrəmanlıq və fədakarlıq bir daha ehtiramla xatırlandı.
Dəfn mərasimində mərhumun ailə üzvlərinə başsağlığı verilərək, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş qəhrəmanların xatirəsinin xalqımızın qəlbində daim yaşayacağı vurğulandı.
Qeyd edək ki, Ehtiram Əliyev 1972-ci il avqustun 1-də Ucar rayonunun Qazyan kəndində anadan olub. O, Sədərək və Batabat istiqamətlərində gedən döyüşlərdə, həmçinin Ağdam, Füzuli, Tərtər və Cəbrayıl istiqamətlərində aparılan hərbi əməliyyatlarda fəal iştirak edib. 1994-cü ilin yanvarında baş verən döyüşlərin birində yaralanan qəhrəman müalicə olunduqdan sonra yenidən cəbhəyə qayıdıb. 1995-ci ildə Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi uğrunda göstərdiyi igidliyə və şəxsi şücaətinə görə ona Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilib.
Azərbaycanın müstəqilliyi, torpaqlarımızın ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizə aparmış, Vətən qarşısında misilsiz xidmətləri ilə tariximizdə silinməz iz qoymuş qəhrəmanlarımızın əziz xatirəsini daim uca tuturuq. Uca Tanrıdan Milli Qəhrəmanımıza rəhmət diləyir, ruhu qarşısında ehtiramla baş əyirik!
Bir bir və ya daha çox şəxs və mətn şəkili ola bilər
Bir bir və ya daha çox şəxs şəkili ola bilər
Bir mətn şəkili ola bilər
Bir bir və ya daha çox şəxs və mətn şəkili ola bilər
Bir mətn şəkili ola bilər
Bir mətn şəkili ola bilər
Bir mətn şəkili ola bilər
Əvvəlki məqaləMinimum saatlıq əməkhaqqı sisteminin tətbiqi hansı üstünlükləri verəcək?
Növbəti məqalədə“Leyla Əliyevanın səfəri bu əlaqələrin möhkəmləndirilməsində mühüm addım olub” – Prezident