Elxan Allahverdiyevin 9-cu mikrorayon sakinləri ilə səyyar qəbulu keçirilib – FOTO

0
9092
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin 9-cu mikrorayon sakinləri ilə səyyar qəbulu keçirildi.
Bineqedi.com  xəbər verir ki, görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavini, Aparatın məsul şəxsləri, bələdiyyə, inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, xidmət sahələrinin rəhbərləri iştirak etdilər.
Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verdi. Mikrorayon sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.
Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin M.Cəlal küçəsi 103 saylı ünvanda zirzəminin və girişlərin dezinfeksiya olunması, A.Məmmədov küçəsi 56 saylı ünvanda mövcud işıq dirəklərində lampaların dəyişdirilməsi, M.Cəlal küçəsi 3 saylı ünvanda zirzəmiyə dolmuş suyun çəkilməsi, Həmzə Babaşov küçəsi 15 saylı ünvandan və Zeytun bağı ərazisindən sahibsiz küçə heyvanlarının toplanması, H. Babaşov küçəsi 9, 6 və 8 saylı ünvanlarda ağacların budanması, S. Məmmədova küçəsi 207 saylı ünvanda mövcud işıq dirəklərində lampaların dəyişdirilməsi, S. Məmmədova küçəsi 203b saylı ünvanda zirzəmidən çirkab suyun çəkilməsi və zirzəminin, girişlərin dezinfeksiya olunması, İ.Həşimov küçəsi 6a saylı ünvanda zirzəmidən çirkab suyun çəkilməsi və ağacların budanması, Fərman Məlikov küçəsi 2v saylı ünvanda söhbətgahın quraşdırılması ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.
Bir bir və ya daha çox şəxs və dərs oxuyan insanlar şəkili ola bilər
Bir bir və ya daha çox şəxs və mətn şəkili ola bilər
Bir bir və ya daha çox şəxs, klarnet və mətn şəkili ola bilər
Bir bir və ya daha çox şəxs və mətn şəkili ola bilər
Bir bir və ya daha çox şəxs və mətn şəkili ola bilər
Bir bir və ya daha çox şəxs və mətn şəkili ola bilər
Bir bir və ya daha çox şəxs və dərs oxuyan insanlar şəkili ola bilər
Bir bir və ya daha çox şəxs şəkili ola bilər
Əvvəlki məqaləAvtomobillərdən oğurladığı pulla özünə “iPhone 18” alan şəxsi polis saxladı
Növbəti məqalədəYAP-ın təsis edilməsinin 34-cü ildönümü münasibətilə Binəqədidə tədbir keçirilib – FOTOLAR