Binəqədidə yük maşınının körpüdən aşdığı anın görüntüsü – VİDEO

0
44
qeza-bineqedi
Bakıda yük maşınının körpüdən aşması anı kameraya düşüb.
Bineqedi.info saytı BAKU.WS-ə istinadən xəbər verir ki, hadisə Binəqədi rayonu, Xocəsən qəsəbəsində qeydə alınıb.
Kadrlardan da göründüyü kimi “Shacman” markalı yük maşınının sürücüsü qəfil idarəetməni itirib və körpüdən aşıb.
Həmin anlar yaxınlıqdakı yanacaq doldurma məntəqəsinin kamerası vasitəsi ilə qeydə alınıb.
Qeyd edək ki, qəzada iki nəfər ölüb. Onlar Masallı rayon sakinləri – 1990-cı il təvəllüdlü Əzim Ağabəy oğlu Məmmədov və 1992-ci il təvəllüdlü Xəzər İntiqam oğlu Hüseynovdur.
Əvvəlki məqaləPrezident Binəqədidə avtomobil yollarının təmirinə vəsait ayırdı – 8,7 milyon manat
Növbəti məqalədəBinəqədi sakini Yasamalda niyə güllələnib? – Nazirlikdən açıqlama