Qapısı açıq qalmış evdən oğurluq olub – Polislər şübhəli şəxsi tapdı

0
34
ev-ogurluq-bineqedi

Bakıda qadının evindən oğurluq edilib.

Hadisə Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, günorta saatlarında Yeni Yaşayış Massivi ərazisində yaşayan P.Aslanovanın evindən, içəri açıq qapıdan daxil olmaqla yataq dəstləri oğurlanıb.

Daha sonra qadın hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad rayon sakini S.Şükürov müəyyən edilərək şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.report

Əvvəlki məqaləLeyla Əliyeva Binəqədidə – Abadlaşdırılan növbəti həyət istifadəyə verildi – Fotolar
Növbəti məqalədəBinəqədidə sağlamlıq imkanları məhdud uşaqlar üçün bayram tədbiri keçirilib