Binəqədi rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən Bineqedi.info saytına verilən məlumata görə, dekabrın 24-də saat 15 radələrində Binəqədi rayonunun Binəqədi qəsəbəsi ərazisində Sumqayıt şəhər sakini Q.Məhərrəmov idarə etdiyi “KamAZ” markalı avtomobillə yolu keçən qəsəbə sakini 9 yaşlı Əkbər Şirəliyevi vurub və nəticədə azyaşlı aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Binəqədi RPİ tərəfindən araşdırma aparılır.