Binəqədidə Türkiyə vətəndaşı borc verdiyi şəxs tərəfindən bıçaqlanıb

0
51
bineqedi-tecili-yardim-qeza-bicaqlanma

Bakıda xarici ölkə vətəndaşı bıçaqlanıb.

Hadisə paytaxtın Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Ramazanov küçəsi 2 ünvanında baş verib.

Türkiyə vətəndaşı, 1989-u il təvəllüdlü Sərxan Güçlü Fehmi oğlu Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Mirzəxanov Ruslan Afət oğlu ilə mübahisə edib.

Mübahisə R.Mirzəxanovun Sərxan Gülçüyə olan 15 manat borcunu verməməsi üstündə baş verib.

Mübahisə nəticəsində R.Mirzəxanov Sərxan Gülçünü bıçaqlayıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.trend

Əvvəlki məqaləBinəqədidə bayram konserti olacaq – Hamınız dəvətlisiniz
Növbəti məqalədəRəsulzadə qəsəbəsində bu hava xətləri yeraltı kabellərlə əvəzlənir – Fotolar