Binəqədidə yaşayan ailədə faciə: qısqanc ər…

0
42
polis-cinayet-bineqedi

Bakıda ərinin döydüyü qadının həyatını xilas etmək mümkün olmayıb.

Hadisə Zabrat-Pirşağı şossesində, “İstixana” deyilən yerdə baş verib.

Əslən Goranboy rayonunun Təklə kəndindən olan Binəqədi rayonunda yaşayan 29 yaşlı Əliyev Yavər İlqar oğlu qısqanclıq zəminində arvadı, əslən Goranboyun, Xanqərvənd kəndindən olan 24 yaşlı Əliyeva Nuranə Fəyaz qızının bədəninin müxtəlif nahiyələrinə yumruq və təpiklə bir neçə dəfə vuraraq xəsarət yetirib.

N. Əliyeva 3 saylı şəhər Kliniki Xəstəxanasına yerləşdirilib və burada dünyasını dəyişib. Onun meyiti daxili müayinə üçün məhkəmə-tibbi ekspertizaya göndərilib.

Əvvəlki məqaləİcra başçısının Biləcəri qəsəbəsində səyyar görüşü keçirilib – Fotolar
Növbəti məqalədəBinəqədidə polislər mağazalardan fişəng və pirotexniki vasitələr götürüb