Binəqədinin 28 May qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində yığıncaq keçirilib – Fotolar

0
117
yigincaq-bineqedi

313 saylı məktəbin akt zalında Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 28 May qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2019-cu ilin yekunları və 2020-ci ildə qarşıda duran vəzifələrlə bağlı hesabat yığıncağı keçirilib.

Bineqedi.info saytına verilən məlumata görə, hesabat tədbirində Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin böyük məsləhətçisi Turxan Quliyev və qəsəbə sakinləri iştirak ediblər.
Hesabat tədbirini giriş nitqi ilə açan Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov qəsəbədə görülən və görülməsi nəzərdə tutulan işlərdən danışaraq sakinləri müzakirələrdə aktiv iştirak etməyə dəvət edib.
Daha sonra Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 28 May qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndə Mübariz Məmmədov 2019-cu il ərzində qəsəbədə görülən işlər və 2020-ci ildə qarşıda duran vəzifələr barəsində geniş məruzə ilə çıxış edib.
Hesabat yığıncağında əhalini narahat edən məsələlərə də toxunulub, qaldırılan məsələlərin həlli yolları barədə fikir mübadiləsi və müzakirələr aparılıb.
Sonda müzakirə olunan məsələlər barədə müvafiq qərar qəbul edilib və Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov yekun nitqi ilə çıxış edib.

Qeyd edib ki, Rayon İcra Hakimiyyəti başçısının qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi müvafiq bələdiyyə ilə birlikdə mövcud nöqsan və çatışmazlıqları il ərzində nəzarətdə saxlamalı, bu və digər nöqsanların həlli istiqamətində konkret tədbirlər müəyyənləşdirməlidirlər.

yigincaq-bineqedi

Əvvəlki məqaləBinəqədinin İcra başçısının “Açıq qapı” formatında növbəti səyyar qəbulu keçirilib – Fotolar
Növbəti məqalədəBinəqədidə nizamnamə kapitalı 2,2 milyon manat olan şirkət yaradılıb