Binəqədidə Rumıniyanın Mədəniyyəti Günü ilə bağlı tədbir keçirilib – Fotolar

0
109
bineqedi-tedbir

Binəqədi rayonu ərazisində yerləşən dahi rumın bəstəkarı Corce Enesku adına parkda Rumıniyanın Mədəniyyəti Günü ilə bağlı tədbir keçirilib.

Bineqedi.info saytına verilən məlumatına görə, Mədəniyyət günü Rumıniyanın xalq şairi Mihai Emineskunun dünyaya gəlməsi ilə eyni gündə keçirilir. Bu tarixin Rumıniyanın Mədəniyyət Günü kimi seçilməsində xüsusi önəm vardır. Belə ki, Mihai Eminesku müasir rumın dilinin inkişafına verdiyi üstün töhfələrə görə, Rumıniya mədəniyyətinin “dan ulduzu” adlandırılaraq əsas simvol hesab olunur. Keçirilən tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Rumıniya dövlətinin ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri Dan İanku, RİH Aparatının məsul əməkdaşları, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 1 saylı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin, Binəqədi Rayon bələdiyyəsinin əməkdaşları və səfirliyin nümayəndələri iştirak ediblər. Əvvəlcə Rumıniya və Azərbaycan Respublikalarının Dövlət himnləri səsləndirilib.

Sonra tədbir iştirakçıları tanınmış rumın bəstəkar Corce Eneskunun Bakının Binəqədi rayonunda yerləşən abidəsi qarşısına əklil və çiçəklər qoyublar. Tədbiri açıq elan edən Rumıniyanın Azərbaycandakı səfiri Dan İanku çıxışında tədbir iştirakçılarına tədbirin mahiyyətini izah edərək iki ölkə arasında olan dostluq münasibətlərindən danışıb.

Səfir o cümlədən, yüksək səviyyəli təşkilatçılığa görə Binəqədi Rayon İcra Hakimiyyətinə öz təşəkkürünü bildirib.

Çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva iki ölkə arasında olan dostluq münasibətlərininin qədim zamanlardan başladığını bildirib. Natiq xalqların bir-birinin mədəniyyətinə və ənənələrinə hörmətlə yanaşdıqlarını qeyd edib.

bineqedi-tedbir

Əvvəlki məqaləBinəqədidə nizamnamə kapitalı 2,2 milyon manat olan şirkət yaradılıb
Növbəti məqalədəYol polisləri yeni formaya keçir – Prezidentdən tapşırıq