Binəqədidə avtoyumadan “BMW” qaçıran şəxs qəza törədib

0
78
bineqedi-qeza-bmw

Bakının Binəqədi rayonunda avtoyuma məntəqəsinin işçisi maşın qaçırdaraq qəza törədib.

Bu barədə Bineqedi.info saytına Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, DİN-in “102” Zəng Mərkəzinə müraciət edən Bakı şəhər sakini H.Məmmədov yanvarın 15-də saat 1 radələrində Binəqədi rayonunun Mircəlal küçəsindəki avtomobillərin yuyulması məntəqəsindən “BMW” markalı avtomobilinin qaçırıldığını bildirib.

Müraciətlə əlaqədar dərhal Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobilin həmin məntəqədə işləyən Ağcəbədi rayon sakini B.Cavadov tərəfindən qaçırılması və həmin gün saat 4 radələrində Sumqayıt şəhəri ərazisində idarə edərkən maneəyə vurması müəyyən edilib.

B.Cavadov polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.

Əvvəlki məqaləBinəqədidə 45 yaşlı kişi evdən çıxıb və geri qayıtmayıb
Növbəti məqalədə“Cavan” Binəqədidə könüllülərlə görüş keçirdi – FOTO