Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasında Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin qəbulu keçirilib. Qəbulda RİH başçısının müavinləri, aparatın şöbə müdirləri iştirak ediblər.
Bineqedi.info saytının məlumatına görə, qəbulda iştirak edən beş nəfər sakin müraciətlərində maddi yardım göstərilməsi, tikintinin aparılmasına icazə verilməsi, su məsələsi, işlə təmin olunmağa köməklik, yollara asfalt çəkilməsi və s. problemlərin həllində köməklik göstərilməsini xahiş ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev Rayon İcra Hakimiyyətinin səlahiyyətləri çərçivəsində həll edilməsi mümkün olmayan məsələlərlə bağlı aidiyyatı qurumlara müraciət ünvanlanması, eyni zamanda, zərurət olduqda, araşdırma aparılaraq tədbir görülməsi ilə əlaqədar aidiyyəti məsul şəxslərə tapşırıqlar verib.
Ev Cəmiyyət