Azay Quliyev Binəqədidə seçiciləri ilə növbəti görüşünü keçirib

0
34

8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizəd Azay Quliyev bu gün 8-ci mikrorayon, İbrahimpaşa Dadaşov və Nizami Nərimanov küçələrinin sakinləri ilə görüşüb.

Bineqedi.info saytına verilən məlumata görə, Azay Quliyev ötən 4 il ərzində seçiciləri ilə müntəzəm şəkildə aylıq fərdi və kollektiv görüşlər keçirdiyini və onları narahat edən problemlərlə bağlı dəfərlə Milli Məclisdə məsələ qaldırdığını bildirib. Azay Quliyev çıxışında ona edilən müraciətlərin böyük bir qisminin müsbət həllini tapdığını vurğulayıb. O, seçicilərin müraciətlərinin daha operativ və səmərəli həlli üçün ilk dəfə olaraq Azərbaycanda 8 saylı Binəqədi birinci seçki dairəsinin seçicilərinin istifadə etdiyi elektron kabinet yaratdığını deyib.
Görüşdə seçicilərin qaldırdığı məsələləri seçki qərargahının könüllüləri qeydə alaraq seçicilərin elektron kabinetinə (e-kabinet) daxil edib. Azay Quliyev seçiciləri narahat edən problemlərin həlli istıqamətində müvafiq addımların atılacağını bildirib.
Daha sonra Azay Quliyev seçicilərin ağacların kəsilməsindən şikayət etdikləri Nizami Nərimanov küçəsinə baxış keçirib. Azay Quliyev müvafiq qurumlarla bu məsələni müzakirə edərək ağacların qanunsuz kəsilməsinin qarşısının alınacağını deyib.

azay-quliyev

Əvvəlki məqaləBinəqədidə yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib
Növbəti məqalədəKamaləddin Qafarov 6-cı mikrorayonda seçicilərlə görüşüb – Fotolar