Kəmaləddin Qafarovun seçicilərlə görüşləri davam edir – Fotolar

0
41

Əmək və Sosial Münasibətlər Akademiyasında 9 fevral tarixində ölkəmizdə keçiriləcək Milli Məclisə seçkilərdə Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi 9 saylı Binəqədi ikinci Seçki Dairəsi üzrə irəli sürülmüş Kamaləddin Qafarovun seçiciləri ilə görüşü keçirilib.

Bineqedi.info saytına verilən məlumata görə, görüşdən əvvəl 9 saylı Binəqədi Seçki Dairəsindən namizədliyi irəli sürülmüş Kamaləddin Qafarovun fəaliyyətini əks etdirən videorolikə baxılıb. Görüşdə Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Binəqədi rayon şöbəsinin sədri, YAP Binəqədi rayon təşkilatının sədri  Ramiz Göyüşov, dairə seçki komissiyası üzrə seçicilər, partiyanın fəalları iştirak ediblər.

Görüşü giriş nitqi ilə açan Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Binəqədi rayon şöbəsinin sədri, YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov ölkəmizdəki seçki prosesi haqqında görüş iştirakçılarına məlumat verib. O, seçki qərargahının fəaliyyətindən, təbliğat kampaniyası çərçivəsində seçicilərlə olan çoxsaylı görüşlərdən danışdı. Ramiz Göyüşov bildirib ki, ölkəmizdə 125 dairə fəaliyyət göstərir. 123 dairədə YAP-ın namizədi təmsil olunur. 9 saylı Binəqədi Seçki Dairəsindən namizədliyi irəli sürülmüş Kamaləddin Qafarovun Milli Məclisdəki fəaliyyətinə nəzər salaraq, bildirib ki, Kamaləddin Qafarov gördüyü işlərlə artıq seçici nüfuzunu qazanıb. Rayon təşkilatının sədri seçiciləri layiqli namizədə səs verməyə çağırıb.

Çıxış üçün söz 9 saylı Binəqədi ikinci Seçki Dairəsi üzrə namizəd Kamaləddin Qafarova verilib. O, bildirib ki, ölkəmizdə və xüsusəndə rayonumuzda mövcud olan problemlərin aradan qaldırılması hər birimizin məsuliyyətindədir. Bu məsuliyyət onda gördüyü işlərə daha da istiqamətlənməyə kömək etdiyini bildirib. Kamaləddin Qafarov uğurlu islahatların aparılması, ölkəmizdə sabitliyin təmin edilməsinə zəmin yaratdığını vurğulayıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət Azərbaycanın sürətli inkişafını təmin edir, ölkə qarşısında yeni perspektivlər açılmasına şərait yaradır. Bütün sahələri əhatə edən kompleks islahatlar Azərbaycanın qüdrətinin daha da artmasına xidmət edir. Həmçinin o, öz təmsil olduğu səhiyyə sektorunda baş verən dəyişikliklərdən və oradakı inkişafdan danışıb. Son illər Azərbaycanda səhiyyə sektorunun inkişafı ilə bağlı islahatların həyata keçirilməsi mühüm dövlət proqramlarının qəbul olunması ilə əhalinin sağlamlığı daha etibarlı şəkildə qorunur və vətəndaşlar ən yüksək səviyyədə tibbi xidmətlərlə qarşılanır. Həmçinin, Kamaləddin Qafarov icbari tibbi sığortanın əhəmiyyəti haqqında danışıb. Ölkəmizdə icbari tibbi sığortanın tətbiqi və səhiyyənin maliyyələşmə sisteminin təkmilləşdirilməsi də bu islahatların mühüm tərkib hissəsi olduğunu qeyd edib. Bildirib ki, icbari tibbi sığortanın məqsədi səhiyyənin maliyyələşdirilməsini təkmilləşdirmək, habelə, əhaliyə etibarlı, keyfiyyətli, səmərəli tibbi xidmətlərin göstərilməsinə zəmanət verəcək universal və dayanıqlı tibbi sığortanı təmin etməkdir. Çıxışının sonunda K.Qafarov YAP-ın bu seçkilərə “Daha güclü Azərbaycan naminə” şüarı ilə qatıldığını bildirərək, millət vəkili seçiləcəyi təqdirdə, bu etimadı doğrultmaq üçün çalışacağını vurğulayıb və ona göstərilən yüksək etimadı doğruldacağına söz verib.

Daha sonra seçicilər onları maraqlandıran və narahat edən problemlərlə bağlı Kamaləddin Qafarova suallar ünvanlayıblar və suallar namizəd tərəfindən müvafiq qaydada cavablandırılıb.

kemaleddin-qafarov

Əvvəlki məqaləGörülən işlərin hesabatını verdilər – Fotolar
Növbəti məqalədəÜnvanlı sosial yardımla bağlı yenilik olacaq – Layihə hazırlanıb