Binəqədidə hərbi hissədə Gənclər Günü münasibətilə tədbir keçirilib – Fotolar

0
41

Binəqədi Rayon İcra Hakimiyyəti, Binəqədi rayon Gənclər və İdman İdarəsi, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı və 6 №-li Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə Fövqaladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının Biləcəri qəsəbəsində yerləşən “N” saylı hərbi hissəsində 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilib.
İcra Hakimiyyətindən Bineqedi.info saytına verilən məlumata görə, tədbirdə Fövqaladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının “N” saylı hərbi hissə komandirinin psixoloji təminat üzrə müavini Zabil Əliyev, Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev, YAP Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) rəis müavini Aydın Yusifov, Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin rayon şöbəsinin sədri İlham Qayıbzadə, 6 №-li Uşaq-Gənclər İnkişaf Mərkəzinin pedaqoji kollektivi, hərbi hissənin zabit və əsgər heyəti iştirak edib.

binagadi
Tədbir dövlət himninin ifa edilməsi ilə başladı. Sonra “N” saylı hərbi hissə komandirinin psixoloji təminat üzrə müavini Zabil Əliyev, BŞGİBİ-nin rəis müavini Aydın Yusifov, YAP Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin rayon şöbəsinin sədri İlham Qayıbzadə çıxış edərək əsgərlərimizin timsalında bütün gəncləri Azərbaycan gəncləri günü münasibətilə təbrik ediblər, onlara peşəkar fəaliyyətlərində uğurlar arzulayıblar.

binagadi2
Daha sonra hərbi xidmətdə fərqlənən bir qrup hərbi qulluqçu Binəqədi rayon Gənclər və İdman İdarəsinin fəxri fərmanları ilə təltif ediliblər.
Azərbaycan gəncləri gününə həsr edilmiş tədbir 6 №-li Uşaq-Gənclər İnkişaf Mərkəzinin “İlahə xalq çalğı” ansamblının ifasında bayram konserti və əsgərlərlə çay süfrəsi ətrafında davam etdirilib.
Tədbirin sonunda Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin start verdiyi “Əsgərə salam” aksiyası çərçivəsində Silahlı Qüvvələrimizin şəxsi heyəti ilə həmrəyliyi nümayiş etdirmək məqsədilə kollektiv şəkildə hərbi salamlama vəziyyətində fotoşəkil çəkdirilib.

binagadi1

Əvvəlki məqaləKamaləddin Qafarov seçicilərlə görüşüb, Binəqədi gənclərini təbrik edib – Fotolar
Növbəti məqalədəBinəqədi rayonunda vəzifəli şəxs vəfat edib – Fotolar