Bakıda itkin düşən Binəqədi sakini, 17 yaşlı gənc tapılıb.
Hadisə fevralın 3-ü paytaxtın Binəqədi rayon, Ə.Naxçıvani küçəsi, ev 1A, mənzil 80 ünvanında qeydə alınıb.
Belə ki, 2003-cü il təvəllüdlü Eminov Kamal Rasim oğlu “20 Yanvar” metro stansiyasının yanına getmək adı evdən çıxıb və bir daha geri qayıtmayıb.
Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində K.Eminov sağ-salamat tapılaraq ailə üzvlərinə təhvil verilib.