Binəqədidə qadınları aldadaraq bank kartlarını dəyişən şəxs tutulub

0
71
bank-bankomat-bineqedi

Bakıda qadınlara qarşı dələduzluq edən şəxs saxlanılıb.

Bineqedi.info saytının report-a istinadən xəbərinə görə, hadisə 2019-cu ilin dekabr ayında Binəqədi rayon ərazisində qeydə alınıb.

Belə ki, naməlum şəxs bankomatın qarşısında Bakı şəhər sakini G.Cəlilovanı aldadaraq onun bank kartını dəyişib. Həmin şəxs yanvarın 13-də isə qadına məxsus olan bank kartından 260 manat pul çıxarıb.

Daha sonra G.Cəlilova hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib.

Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, 1995-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Hüseynxan Yadigarlı müəyyən olunaraq tutulub.

Araşdırmalar zamanı məlum olub ki, o, digər üsullarla N.Kərimova da qarşı dələduzluq edib.

Hər iki faktla bağlı araşdırma aparılır.

Əvvəlki məqaləBinəqədidə “Şahin” hərbi-idman oyununa hazırlıqla əlaqədar iclas keçirilib – Fotolar
Növbəti məqalədəBinəqədidə 3 qardaş kütləvi dava zamanı bıçaqlanıb