Binəqədidə fəhlə faciəli şəkildə öldü

0
44
bineqedi-tecili-yardim

Bakıda fəhlə yük avtomobilinin altına qalaraq vəfat edib.

Bineqedi.info xəbər verir ki, hadisə Binəqədi rayon ərazisində baş verib.

Belə ki, qara metal qırıntıları qəbulu məntəqəsində fəhlə avtomobillərə yük yükləyən zaman “KamAZ-55111” markalı yük maşınının altında qalaraq ölüb.

1977-ci il təvəllüdlü Zaur Səlimovun ölümü ilə bağlı Cinayət Məcəlləsinin 162.2-ci (Əmək mühafizəsi qaydalarını pozma, ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Əvvəlki məqaləBinəqədidə mənzillərin səyyar qeydiyyatı xidməti göstəriləcək
Növbəti məqalədəBinəqədidəki qanlı dava ilə bağlı məhkəmə başlayıb