Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır xəsarət yetirməkdə təqsirləndirilən Taleh Cəfərovun cinayət işi üzrə hazırlıq iclası keçirilib.
Hakim Mirzə Xankişiyevin sədrlik etdiyi iclasda anket məlumatları dəqiqləşdirilib. Baxış iclası fevralın 28-nə təyin edilib.
Hadisə ötən ilin avqust ayında Binəqədi rayonu ərazisində baş verib. 1-ci Mədən, 18 saylı korpus, “Lallar fabriki” deyilən ərazidə Cəfərov Taleh Firudin oğlu keçmiş tanışı Xankişiyev Ayxan Rövşən oğlu ilə mübahisə edib. Mübahisə zəminində üzərindəki bıçaqla ona döş qəfəsinin sol nahiyəsindən xəsarət yetirib.
Yaralı dərhal 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Ona döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.
T.Cəfərova Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham verilib. report