Binəqədidə Xocalı faciəsi ilə bağlı anım mərasimi keçirilib – Fotolar

0
68
bineqedi-anim

Binəqədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon təşkilatı və Şuşa Dövlət Musiqili Dram Teatırının birgə təşkilatçılığı ilə Xocalı faciəsinin 28-ci ildönümünə həsr edilmiş anım mərasimi keçirilib.

Bineqedi.info saytına verilən məlumata görə, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Şəmsi Gülverdiyev, Şuşa Dövlət Musiqili Dram Teatırının məsul əməkldaşı Yasar Muradov, fəal gənclər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

bineqedi-anim1
Tədbirdən öncə Azərbaycan Rəssamlar İttifaqının fəxri üzvləri Elnur İsgəndərova və Aygün İsgəndərovanın təşkilatçılığı ilə Xocalı soyqrımına həsr edilmiş rəsm sərgisini izlənilib.

Tədbir faciə qurbanlarının xatirəsinin bir dəqiqəlik yad edilməsi ilə başlanılıb.

bineqedi-anim2

Daha sonra tədbir iştirakçıları Şuşa Musiqili Dram Teatrı tərəfindən hazırlanmış anım tamaşasını izləyiblər.

Əvvəlki məqaləBinəqədidəki qanlı dava ilə bağlı məhkəmə başlayıb
Növbəti məqalədəBinəqədidə Xocalıdan olan şəhid ailələri və məcburi köçkünlərlə görüş keçirilib