Azərbaycan Prezidenti İlham Əliyev Xocalı abidəsini ziyarət edib

0
93

Azərbaycan Prezidenti İlham Əliyev Bakının Xətai rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış Xocalı abidəsini ziyarət edib.

Bineqedi.info saytı xəbər verir ki, abidənin ətrafında fəxri qarovul dəstəsi və tər çiçəklər düzülüb.

Prezident İlham Əliyev Xocalı soyqırımı abidəsinin önünə əklil qoyub, faciə qurbanlarının xatirəsini ehtiramla yad edib.

Dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, nazirlər, komitə və şirkətlərin rəhbərləri, diplomatik korpusun nümayəndələri, dini konfessiyaların başçıları, habelə soyqırımından xilas ola bilmiş Xocalı sakinləri də abidənin önünə güllər düzüblər.

Qeyd edək ki, ermənilərin Azərbaycanın Xocalı şəhərində törətdiyi soyqırımından 28 il ötür.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərini işğal edərək, burada yaşayan dinc əhaliyə – azərbaycanlılara qarşı soyqırımı törədib.

Əvvəlki məqaləBinəqədidə evdən qadın meyiti tapıldı
Növbəti məqalədəBİNƏQƏDİ KƏNDİnin tarixi haqqında maraqlı faktlar – VİDEO