Bakının Binəqədi rayonunda yol nəqliyyat hadisəsi baş verib.
Hadisə Azadlıq və Ziya Bünyadov prospektlərinin kəsişdiyi dairədə qeydə alınıb.
“Mercedes” markalı avtomobil hərəkətdə olarkən qəfildən təkəri sıradan çıxıb. Sürücü idarəetməni itirirək avtomobili əvvəlcə beton səkiyə, daha sonra dəmir arakəsməyə çırpıb. Sürücü yüngül bədən xəsarətləri alaraq xəstəxanaya müraciət edib.apa