Binəqədidə quyudan 1 kiloqram heroin tapıldı

0
42
polis-masini-hebs-cinayet

Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında Binəqədi rayonunda əməliyyat keçiriblər.

DİN-in Mətbuat Xidmətindən Bineqedi.info saytına verilən məlumata görə, əməliyyat-axtarış tədbirləri nəticəsində Binəqədi rayonu ərazisində yerləşən körpüdəki quyudan 1 kiloqramdan artıq heroin aşkar edilərək götürülüb.

Davam etdirilən tədbirlərlə narkotik vasitəni oradan götürməyə gəlmiş Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Vəliyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 8 800 ABŞ dolları götürülüb.

Əvvəlki məqaləKonstitusiya Məhkəməsi seçkinin nəticələrini təsdiqlədi – VI çağırış Milli Məclisin deputatları – SİYAHI
Növbəti məqalədə“Qış möcüzəsi” adlı fotomarafonun Binəqədi rayonu üzrə qalibi mükafatlandırılıb – Fotolar