Binəqədi rayonunun Biləcəri qəsəbəsində xeyriyyəçi Ağamusa Nağıyevin anadan olmasının 101-ci ili münasibətilə tədbir keçirilib.
Bineqedi.info saytı xəbər verir ki, ilk olaraq Bakı milyonçusunun qəbri ziyarət olunub, dahan sonra ehsan süfrəsi açılıb.
Ehsanda Binəqədi RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Şəmsi Gülverdiyev, Biləcəri bələdiyyəsinin sədr müavini Samirə Həsənova, A.Nağıyevin nəvəsi Dilarə Əliyeva, QHT rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak edib.
Tədbirdə çıxış edən müdir müavini Şəmsi Gülverdiyev Ağamusa Nağıyevin xeyriyyəçilik fəaliyyəti haqqında danışıb və belə ənənələrin yaşamalı olduğunu qeyd edib.
Daha sonra çıxış edən natiqlər A.Nağıyevin həyat və fəaliyyəti haqqında məlumat veriblər.