Bakıda oğurluq hadisəsi baş verib.
Hadisə paytaxtın Binəqədi rayon ərazisində qeydə alınıb.
Belə ki, Biləcəri qəsəbəsində yaşayan Y.Abdullayevin evindən içərisində 18 min ABŞ dolları (30 min 600 manat), 4 min manat və 10 min manat dəyərində qızıl-zinət əşyaları olan seyf naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanıb.
Daha sonra Y.Abdullayev hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib.
Faktla bağlı araşdırma aparılır.report