Koronavirusa yoluxan daha 2 nəfər vəfat etdi – Rəsmi

0
30
tecili yardim

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına yoluxmuş iki şəxs vəfat edib.

Bineqedi.info saytı Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən xəbər verir ki, 1931-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı şəkərli diabet xəstəsi olmuş, 1956-cı il təvəllüdlü digər vətəndaşın anamnezində isə ürəyin işemik xəstəliyi, arterial hipertenziya və şəkərli diabet xəstəliyi olduğu qeyd edilib.

Onlardan COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxıb.

Xəstələrin səhhətinin stabilləşdirilməsi ilə bağlı aparılan reanimasiya tədbirləri nəticə verməyib.

Hazırda onların ailə üzvləri və ünsiyyətdə olduğu digər şəxslər müəyyən edilir və karantinə götürülür.

Bineqedi.info

Əvvəlki məqaləEvdən çıxmaq üçün göndərilən SMS-lərlə bağlı ən çox verilən suallara CAVABLAR
Növbəti məqalədə50 min işsiz qeydiyyata alınaraq onlara da müavinət veriləcək