Binəqədidə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər görülür

0
40

Koronavirus (COVİD – 19) infeksiyasının Binəqədi rayonu ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir.
Bineqedi.info saytı xəbər verir ki, bu xəstəliyə yoluxma hallarına yol verilməməsi və onun qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədi ilə xüsusi tədbirlər görülür. Belə ki, yaşayış binalarında, binalardakı ümumi istifadə yerlərində, giriş blokları və pilləkən marşlarında, sakinlərin daha çox istifadə etdiyi yerlərdən olan lift kabinaları və onun ətrafı, ən vacibi məişət tullantılarının atıldığı konteyner meydançalarında, həyət və yaşayış məhəllələrində, həmçinin digər yerlərdə  tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər aparılır.

Bineqedi.info

Əvvəlki məqaləRamiz Göyüşov: “Ötən 2 il sübut etdi ki, xalq 11 apreldə öz seçimində yanılmayıb”
Növbəti məqalədəBinəqədidə karantin qaydalarını pozan çay evinin sahibi saxlanılıb – VİDEO