Binəqədi polisləri vətəndaşı hədələyib pulunu alan şəxsi yaxaladılar

0
67
bineqedi-rayon-polis-idaresi

Bakıda quldurluq hadisəsi baş verib.

Bineqedi.info saytı xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat verib.

Belə ki, aprelin 22-də DİN-in “102” Zəng Mərkəzinə müraciət edən Kürdəmir rayon sakini S.Süleymanova Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində bir nəfərin onu bıçaqla hədələyib 50 manat pulunu aldığını bildirib.

Müraciətlə əlaqədar dərhal müvafiq tədbirlər həyata keçirilib.

Quldurluğu törətməkdə şübhəli bilinən Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş A.Quliyev Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən hadisə yerinin yaxınlığında saxlanılıb.

Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

Bineqedi.info

Əvvəlki məqaləBinəqədi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi ərzaq sovqatı paylayıb
Növbəti məqalədəBinəqədi rayonu ərazisində dezinfeksiya işləri mütəmadi həyata keçirilir