Binəqədi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi aztəminatlı ailələrə sovqat paylayır

0
48

Binəqədi rayonu ərazisində koronavirus infeksiyasının yayılmasının və törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə həyata keçirilən dezinfeksiya işləri gücləndirilmiş iş rejimində davam etdirilir. Binəqədi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin kollektivinin əməkdaşları tərəfindən hər gün mütəmadi olaraq küçə və prospektlər dezinfeksiyaedici məhlullarla yuyulur, əhalinin daha çox istifadə etdiyi məkanlar dezinfeksiya edilir.

Binəqədi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi koronavirus pandemiyası ilə mübarizədə fəaliyyətini təkcə bununla məhdudlaşdırmır.

Belə ki, Birlik tərəfindən koronavirus epidemiyasının Azərbaycanda törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə tədbiq edilən karantin rejimi ilə əlaqədar Binəqədi Rayonunda evdən çıxması qadağan edilən 65 yaşdan yuxarı tənha sakinlərə, qayğıya ehtiyacı olan aztəminatlı ailələrə ərzaq məhsullarından ibarət sovqatların paylanılması davam etdirilir.

Hikmət Həsənov, Bineqedi.info

Əvvəlki məqalə“Adında bir neçə evi olan, obyektlərini icarəyə verənlər də 190 manat üçün müraciət edib”
Növbəti məqalədəAzərbaycanda karantin rejimi bu sahələrdə aprelin 27-dən yumşaldılır – RƏSMİ