Binəqədi rayonunda sosial aksiya keçirilib.
Bineqedi.info-ya verilən məlumata görə, koronavirus pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə “Heydər Əliyev Fondu” və “Regionların İnkişafı İctimai Birliyi” tərəfindən ölkədə həyata keçirilən “Biz birlikdə güclüyük” layihəsinə “Siyəzən broyler” ASC-də dəstək verir. Milli Məclisin deputatı Kamaləddin Qafarovun da fəal iştirak etdiyi aksiya çərçivəsində 05 may tarixindən 22 may tarixinədək 11 min 500 ailəyə 30 tona yaxın quş əti paylanıb. Aksiyada YAP Binəqədi Rayon təşkilatının Gənclər Birliyinin könüllüləri fəal iştirak edib.