Binəqədidə karantin qaydalarını pozan kafe aşkarlandı

0
152
bineqedi kafe

Paytaxtın Binəqədi rayonunda xüsusi karantin rejimi qaydalarına zidd olaraq, müəyyən edilən vaxtdan kənar, sosial məsafəni, mövcud preventiv tədbirlərin şərtlərini pozaraq fəaliyyət göstərən kafe aşkarlanıb.

Bineqedi.info-ya verilən məlumata görə,  Binəqədi RPİ Post Patrul Xidməti və 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə iyunun 8-də 28 May qəsəbəsində kafenin sahibi və müştəriləri inzibati məsuliyyətə cəlb olunublar. Ümumilikdə 4 nəfər saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb. İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, obyektin icarədarı M.Ələkbərova 200 manat, digərləri 100 manat cərimə olunublar.

Əvvəlki məqaləBinəqədidə yol polisi qolu sınan azyaşlını xəstəxanaya çatdırdı (VİDEO)
Növbəti məqalədəBinəqədidə əhalinin sıx toplaşdığı yerlərdə sosial izolyasiya xətləri çəkildi – Fotolar