Binəqədidə Milli Qurtuluş Günü ilə bağlı videokonfrans keçirilib – Fotolar

0
44
bineqedi-onlayn-videokonfrans

Binəqədi Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının birgə təşkilatçılığı ilə 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Milli Qurtuluş Günü- Xalqımızın şərəf tarixi” adlı videokonfrans keçirilib.

Bineqedi.info saytına verilən məlumata görə, videokonfransı giriş nitqi ilə açan YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov dövlətimizin və xalqımızın milli qurtuluş tarixi ilə bağlı ətraflı məlumat verib.

Bildirib ki, Azərbaycanın dövlətçilik tarixinin qırx ildən çox olan dövrü Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin adı ilə bağlıdır. Onun cismani yoxluğundan on yeddi il keçməsinə baxmayaraq, xalqın qəlbində yaşayır və hələ uzun illər yaşayacaq. Nə qədər ki, Azərbaycan dövləti var, Azərbaycan xalqı var, Heydər Əliyev də var olacaqdır. Ümummilli liderimiz öz fitri idarəçilik qabiliyyəti, qətiyyəti, cəsarəti, tükənməz enerjisi, müdrikliyi, fenomenal yaddaşı, misilsiz işgüzarlğı ilə öz adını Azərbaycan tarixinə əbədi həkk eləmiş nadir şəxsiyyətdir.

ramiz-goyusov-bineqedi-yap
Ramiz Göyüşov vurğulayıb ki, ulu öndər 1969-cu ildə Azərbaycanda rəhbər vəzifəyə təyin ediləndə də, 1982-ci ildə o vaxtkı SSRİ hökümətində yüksək vəzifəyə təyin ediləndə də, 1992-ci ildə Naxşıvan Ali Məclisinə sədr seçiləndə də, 1993-cü ildə Azərbaycan Respublikası Milli Məclisinə seçiləndə də, 1993-cü, 1998-ci ilin oktyabr ayında prezident seçklərində qələbə çalanda da tarix yazdı. 1993-cü ilin 15 iyun tarixi bu baxımdan xüsusilə seçilir və xalqımızın tarixində silinməz izlər qoyub. 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri kimi bu diyarın xilası yolunda fədakarlıq nümunələri göstərən Heydər Əliyev xalqın təkidli tələbləri ilə hakimiyyətə qayıdaraq 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Beləliklə, 15 iyun Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu. Heydər Əliyevin keşməkeşlərlə dolu, mənalı ömür yolu, xalq və Vətən qarşısında misilsiz xidmətləri, zəngin mənəvi irsi və dövlətçilik təcrübəsi gələcək nəsillərə örnəkdir.

R.Göyüşov çıxışının sonunda bütün xalqımızı Milli Qurtuluş Günü münasibətilə təbrik edib.
Videokonfransda məruzə ilə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini, YAP Binəqədi rayon təşkilatının sədr müavini Vüsar İsmayılov bildirib ki, 1993-cü il iyunun 15-i Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub. Bu tarixi hadisəyə gətirən səbəblər və sonrakı illərdə cərəyan edənlərlə bağlı fikirlərini bölüşən sədr müavini xalqımızın müstəqillik arzularının məhz ulu öndərin müdrik və uzaqgörən siyasəti nəticəsində reallaşdığını diqqətə çatdırdı. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev respublikada baş verən ictimai-siyasi böhranı aradan qaldıraraq, öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qoruyaraq inkişaf təməlinin əsasını qoydu. Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, regionda və dünyada Azərbaycanın nüfuzu günbəgün artır. Ölkəmiz təşəbbüskarı olduğu irimiqyaslı layihələrlə özünün təhlükəsizliyini və tərəqqisini daha da davamlı edir.
Həyatın bütün sahələrində aşkar görünməkdə olan müsbət dəyişikliklər ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Bir sözlə, ölkəmiz mövcud olduğu 28 ildə siyasi, iqtisadi, sosial sahədə əldə etdiyi yüksək nailiyyətləri, dövlətçilik prinsiplərinin demokratik əsaslar üzrə inkişaf etdirilməsi ilə öz varlığını bütün dünyaya təsdiq etdi.
Videokonfransda Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov və Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva çıxış edərək ulu öndər Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısındakı misilsiz xidmətlərindən bəhs ediblər. Məhz dahi şəxsiyyətin əsasını qoyduğu siyasi strategiya sayəsində dövlətimizin müstəqilliyinin daha da möhkəmləndirildiyini və sürətli inkişaf etdiyini vurğulayıblar.

Bineqedi.info

Əvvəlki məqaləKarantini pozduğuna görə Binəqədi polisləri saxladı, cinayətləri ortaya çıxdı
Növbəti məqalədəBinəqədi İcra Hakimiyyətindən vətəndaşın şikayətinə cavab – RƏSMİ