Binəqədi İcra Hakimiyyətindən vətəndaşın şikayətinə cavab – RƏSMİ

0
33
bineqedi sikayet

Binəqədi rayonunda yaşayan sakinlər ərazidəki zibillikdən şikayət edirlər.            Görüntülər rayonun M.Ə.Rəsulzadə qəsəbəsi, İlham Hacıyev 63 F ünvanında çəkilib. Sözügedən ərazidə yerləşən çoxmərtəbəli yaşayış binasının sakinləri yaxınlıqdakı zibilliyin təmizlənmədiyini deyirlər.

Məsələ ilə bağlı Binəqədi rayon İcra Hakimiyyətindən verilən məlumata görə, sözügedən ərazidə təmizlik işləri aparılıb: “Zibil tullantılarının atılması üçün nəzərdə tutulan meydança uzun illərdir ki, orada yerləşir. Ətraf ərazidə yaşayan sakinlərin istifadəsindədir. Mütəmadi olaraq ərazidə təmizlik işləri aparılır. Meydançanın sökülməsi məsələsi gündəmdə deyil. Hazırda ərazidə natəmizlik, məişət tullantıları yoxdur”.oxu.az

Əvvəlki məqaləBinəqədidə Milli Qurtuluş Günü ilə bağlı videokonfrans keçirilib – Fotolar
Növbəti məqalədəBinəqədidə saxta “kəllə qənd” istehsal edən şəxslərlə bağlı açıqlama