“Azərsu”: Binəqədinin Gülüstan qəsəbəsinə içməli suyun verilişi bərpa edilib

0
73
azersu

Binəqədi rayonunun Gülüstan qəsəbəsinə içməli suyun verilişi bərpa olunub.

Bineqedi.info saytı xəbər verir ki, bu barədə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllı deyib. Onun sözlərinə görə, iyunun 16-sı axşam saatlarından əraziyə içməli su verilib: “Magistral su kəmərində hidravlik rejim pozulduğu üçün həmin ərazidə suyun təzyiqi aşağı düşüb. Oraya Ceyranbatan-Qala xəttindən su birbaşa getdiyi üçün su problemi yaranmışdı. Artıq dünən axşamdan həmin xətdə təzyiq normallaşıb və əraziyə suyun verilişi bərpa edilib”.

A.Cəbrayıllı bildirib ki, “Azərsu” ASC ərazinin su təminatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər görür.

Əvvəlki məqalə“İş icazələrindən sui-istifadə edib rayona gedənlərin şəxsiyyəti müəyyənləşdirilir”
Növbəti məqalədəBinəqədi gəncləri xüsusi qayğıya ehtiyacı olan ailənin bağında işlədilər – FOTO