Bakı şəhərinin Binəqədi rayonu, Xocasən qəsəbəsində 1000 m² sahəyə yığılan taxta taralar, yaxınlıqda, hər birinin ümumi sahəsi 200 m² olan iki fərdi yaşayış evinin dam örtüklərinin yanar konstruksiyaları ümumilikdə 19 m² sahədə yanıb.
Bineqedi.info xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, evlərin qalan hissəsi və yaxınlıqdakı digər evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.