General-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev və daha 5 hərbçi şəhid olub – SİYAHI

0
61
general

Azərbaycan Ordusunun general-mayoru Polad Həşimov qəhrəmancasına şəhid olub.

Bineqedi.info saytı report-a istinadən xəbər verir ki, bunu cəbhə bölgəsində jurnalistlərin suallarını cavablandıran Müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev deyib.

“İki sutka ərzində düşmənə sarsıdıcı atəş zərbələri endirilmişdir. Düşmənin 100-dək canlı qüvvəsi məhv edilib, çoxlu sayda texnika, döyüş texnikası, nəqliyyatı mühüm obyektlər darmadağın olunub və məhv edilib. Bu gün səhər saatlarında döyüş zamanı general-mayor Polad Həşimov qəhrəmancasına şəhid olub. Onunla bir yerdə polkovnik İlqar Mirzəyev də şəhid olub. Bu, onu göstərir ki, bizim generallar və yüksək rütbəli zabitlər əsgərlərin arxasında gizlənmirlər, döyüş tapşırıqlarını ləyaqətlə yerinə yetirirlər. Təəssüf ki, döyüşlər itkisiz olmur. Müdafiə Nazirliyinin rəhbərliyi adından şəhidlərimizə rəhmət, onların ailələrinə səbr diləyirik”, o bildirib.

Düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun aşağıda adları çəkilən hərbi qulluqçuları da şəhid olub:

1) Mayor Əhmədov Namiq Hajan oğlu

2) Mayor Novruzov Anar Gülverdi oğlu

3) Gizir Zeynallı İlqar Ayaz oğlu

4) Gizir Babayev Yaşar Vasif oğlu

5) Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Mustafazadə Elçin Arif oğlu

Əvvəlki məqaləBinəqədidə eyvandan yıxılan qadın xəstəxanada öldü
Növbəti məqalədəBinəqədidə “Hyundai” “KamAz”a çırpıldı, bir ailə xəstəxanaya yerləşdirildi