Binəqədidə içməli suyun verilməsində fasilə olacaq

0
50
azersu

Bakının bir sıra rayonlarında içməli suyun verilişində məhdudiyyətlər olacaq.

Bineqedi.info saytı xəbər verir ki, bu barədə “Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı məlumat verib.                                                                                         Onun sözlərinə görə, şəhərin mərkəzi hissəsini qidalandıran magistral su kəmərində (Sulutəpə qəsəbəsi ərazisindən keçən hissədə) qəza baş verib:                                    “Baş verən qəza ilə əlaqədar paytaxtın Səbail, Yasamal, Nəsimi və Binəqədi rayonlarının bir hissəsinə içməli suyun verilməsində 18 iyul səhər saatlarına qədər məhdudiyyətlər olacaq. “Azərsu” ASC-nin qəza briqadaları, xüsusi texnikası əraziyə cəlb edilib və qəzanın aradan qaldırılması istiqamətində tədbirlər görülür”.

Əvvəlki məqaləPrezident şəhid general Polad Həşimov və şəhid polkovnik İlqar Mirzəyevin ailəsinə ev verdi
Növbəti məqalədəKarantin rejimi yenidən uzadıldı – RƏSMİ