Bakıda ölümlə nəticələn yol qəzası baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Bineqedi.info saytına verilən məlumata görə, iyulun 27-i saat 19 radələrində Binəqədi qəsəbəsi ərazisində Ağsu rayon sakini T.Zeynalov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə velosiped sürən Abşeron rayon sakini R.Şəfiyevi vurub, nəticədə velosipedçi aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Binəqədi Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.