Binəqədi rayonunda oğurluqla məşğul olan şəxs yaxalanıb.
Bineqedi.info saytı xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, avqustun 10-dan 30-dək olan müddətdə Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsindəki evlərin birindən 1000 manat dəyərində 8 ədəd radiator oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Y.Abbasov rayon polis idarəsinin 4-cü polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Həmin faktla bağlı araşdırmalar davam etdirilir.
Ev Manşet