Bakı şəhərində sanitar-epidemioloji vəziyyətin yaxşılaşdırılması məqsədilə Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı əsasında rayon ərazisində təmizlik işlərinin görülməsinə başlanılıb.
Bineqedi.info-ya verilən məlumata görə, müvafiq sərəncama əsasən, təsdiq edilmiş tədbirlər planına uyğun olaraq rayon ərazisində məişət tullantılarının idarə edilməsi işləri həyata keçirilir.
Eyni zamanda rayon ərazisində tullantılar nəticəsində süni şəkildə yaradılmış 4 poliqon ləğv edilib, 205 tona yaxın gündəlik məişət tullantısının daşınması və zərərsizləşdirilməsi təmin edilir. Bu işlərdə vətəndaşların məsuliyyətinin artırılması məqsədilə mütəmadi olaraq maarifləndirmə işləri həyata keçirilir.
Bineqedi.info