Bakının Binəqədi rayonunda 50 yaşlı qadın bədbəxt hadisənin qurbanı olub.
Bineqedi.info xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.
Sentyabrın 5-də, 6-cı mikrorayon ərazisində 1970-ci il təvəllüdlü Gülarə Əhmədova fərdi evin ikinci mərtəbəsinin pəncərəsindən yıxılıb. Sentyabrın 7-də qadın aldığı xəsarətlər nəticəsində xəstəxanada ölüb.
İlkin məlumata görə, G.Əhmədova pəncərəni silərkən yıxılıb.
Faktla bağlı rayon prokurorluğu araşdırma aparır.
Bineqedi.info