Bakının Binəqədi rayonunda dava zamanı 17 yaşlı oğlan bıçaqlanıb.
Bineqedi.info apa-ya istinadən xəbər verir ki, hadisə Cəfər Cabbarlı küçəsində baş verib.
2003-cü il təvəllüdlü Şahmarzadə Ayxan Mobil oğlu dostu ilə əlbəyaxa dava zamanı bıçaqlanıb. Yaralı çoxlu qan itirərək xəstəxanaya çatdırılıb. O, cərrahi əməliyyat edilib.
Fakt Nərimanov Rayon Polis İdarəsində araşdırılır.