Binəqədidə karantin rejimi ilə əlaqədar könüllülərdən ibarət mobil işçi qrupları reydlər keçirir – Fotolar

0
49

Binəqədi Rayon İcra Hakimiyyəti, rayon gənclər və idman idarəsi və Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatının birgə təşkilatçılığı ilə ölkəmizdə elan olunmuş xüsusi karantin rejimi ilə əlaqədar əhalinin maarifləndirilməsi məqsədilə rayonda yaradılmış könüllülərdən ibarət mobil işçi qrupları tərəfindən keçirilən reydlər mütəmadi olaraq davam etdirilir.

Bineqedi.info xəbər verir ki, Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, rayonun müxtəlif ərazilərində fəaliyyət göstərən ictimai iaşə obyektlərində, o cümlədən topdan satış mağazalarında, yeməkxanalarda, ərzaq mağazalarında, ticarət obyektlərində və geyim mağazalarında gənclər tərəfindən keçirilən reydlər zamanı sahibkarlarla və vətəndaşlarla fərdi söhbətlər aparılır. Onlara Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyənləşdirilmiş qaydalara və tələblərə daha ciddi əməl edilmənin vacibliyi izah olunur.

Gənclər tərəfindən aparılan söhbətlər zamanı tibbi maskalardan və dezinfeksiya məhlullarından mütləq şəkildə istifadənin, eləcə də fiziki məsafənin saxlanılmasının vacibliyi vurğulanıb.
Reydlər zamanı sakinlərdən özlərinin və ətraflarının sağlamlığı üçün qaydalara əməl etmələri bir daha xahiş olunub.
Bineqedi.info

Əvvəlki məqaləElmar Qasımov yüksək bal toplayan tələbələrlə görüşdü
Növbəti məqalədəSentyabrın 14-dən metro açılır – Rəsmi açıqlama