Xocasən qəsəbəsinin adı tarixdə ilk dəfə V-VI əsrlərdə çəkilib

0
474
xocasen-bineqedi-xocesen-golu

Xocasən qəsəbəsinin adı tarixdə ilk dəfə V-VI əsrlərdə çəkilib.

Qədim İpək Yolunun üstündə yerləşən bu kənd bəzi mənbələrdə Xoca Həsən, bəzilərində isə Hacı Həsən kimi səsləndirilir.

Görkəmli tarixçi Sara Aşurbəyli bu kəndin adını Xocasən kimi qeyd edib və bunun mənasını ərəblərin dövründə vergi yığan məntəqə kimi göstərib. Belə ki, kənd karvan yolunun üstündə yerləşdiyinə görə, bu ərazi yaxın ətraf məntəqələrin vergi yığımı üçün münasib olub.

Kənddə 3 ovdan olub. Onlardan biri-Ortalığ adlanan ovdan öz varlığını qoruya bilməsə də digər iki ovdan-Hökməli yolunun üstündə yerləşən Hökməli ovdanı və Hacı Rəsul Ovdanı hal hazırda kəndin ərazisində öz varlığını qoruyub saxlayıb.

Müxtəlif vaxtlarda kənd və qəsəbə kimi gah ayrıca inzibati ərazi vahidi, gah da Biləcəri qəsəbə inzibati ərazi dairəsinin tərkibində mövcud olmuş Xocasən qəsəbə inzibati ərazi dairəsi 1999-cu ildə yaradılıb.

İnzibati ərazi dairəsinə Xocasən və Sulutəpə qəsəbələri daxildir. Qəsəbələr hal-hazırda tam bir-biri ilə birləşib və faktiki olaraq bir qəsəbə olub.

Xocəsən Bələdiyyəsi isə Azərbaycan Respublikasının Qanununa əsasən Biləcəri Bələdiyyəsindən ayrılaraq 2003-cü ildə yaradılıb. Bələdiyyənin inzibati ərazisi 3 qəsəbədən – Xocəsən, Sulutəpə və 28 May qəsəbələrindən ibarətdir.
Xocəsən Bələdiyyəsinin sədri Əsgərov Məhərrəm Əsgər oğlu 11 may 1965-ci ildə anadan olub. Ç. İldırım adına Azərbaycan Politexnik İnstitutunu bitirib. 2009-cü və 2014-cü ilin dekabr aylarında keçirilən bələdiyyə seçkilərində Xocəsən Bələdiyyəsinə üzv seçilib, 2010-cu ilin yanvar ayından 2012-ci ilin mart ayına kimi sədr müavini seçilib, Xocəsən Bələdiyyəsinin ümumi iclasının qərarı ilə 2012-ci ilin mart ayından 2015-ci ilin yanvar ayınadək bələdiyyə sədri seçilib.
7 yanvar 2019-ci il tarixində Xocəsən Bələdiyyəsinin ümumi iclasının qərarı ilə növbəti dəfə bələdiyyə sədri  seçilib.
Bələdiyyənin 6 daimi komissiyası, 4 şöbəsi vardır.
Bələdiyyədə 9 qulluqçu çalışır.
Ünvan: Bakı şəhəri, Binəqədi rayonu R.Allahverdiyev küçəsi 7-ci döngə, ev 100
Telefon: (012) 346-04-02
Qəbul qrafiki
Vəzifəsi   Soyadı, adı və atasının adı     Əlaqə telefonları  Qəbul günləri və saatları
Sədr Əsgərov Məhərrəm Əsgər oğlu (012) 346-04-02 I gün saat-1500-1800
Əvvəlki məqaləBinəqədidə 12 yaşlı uşaq itkin düşüb
Növbəti məqalədəFHN-in Dövlət Yanğından Mühafizə Xidmətinə qəbul elan edilib