Binəqədili gənclər cəbhəyə yollanırlar – Foto+VİDEO

0
32
bineqedi-gencler-cebhe

“Oğul düşmən çəpəridir. Oğullar bu gün üçün doğulub. Anaları, torpaqları darda olanda onları müdafiə eləmək üçün… İnşallah, onlar qələbə çalıb qayıdacaq, valideynlərini sevindirəcəklər!”.

Bu sözləri oğlunu cəbhəyə qürurla yola salan analardan biri Natella Nəbiyeva deyir.

bineqedi-gencler-cebhe

Mövzu övladları olunca kövrək və dözümsüz görməyə öyrəşdiyimiz anaları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi Rayon İdarəsinin qarşısında elə oğulları qədər mübariz və döyüşkən gördük. Övladını vətən uğrunda döyüşə göndərən bu valideynlərin üzündən narahatlıqdan daha çox fərəh oxunurdu.

Gələcək döyüşçü atası Xaqani Yusifov da övladını böyük fəxrlə cəbhəyə yola saldığını deyir: “Övladımızı vətənin bu dar günü üçün böyütmüşük. Vətənin bir qarış torpağını da düşmənə verməyəcəyik. Mən beynəlxalq təşkilatlara çatdırmaq istəyirəm ki, bu 30 ildə xalqın səsini niyə eşitmək istəmirdilər? Bu erməni dığalarına deyən yox idi ki, niyə torpaqlarımızın 20 faizini işğal etmisiniz? Azərbaycanın güclü ordusunu, mətinliyini, dəyanətini görəndən sonra hamısı təşvişə düşüb. İnşallah, qələbə bizimlə olacaq!” qafqazinfo

Əvvəlki məqaləBinəqədidə qanunsuz özəl mühafizə fəaliyyəti aşkarlanıb
Növbəti məqalədəBinəqədi sakinlərindən Prezidentə dəstək məktubları: “Azərbaycan xalqı Sizinlədir”