FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinə qəbul elan edilib

0
150
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidməti “BC” kateqoriyalı sürücülük vəsiqəsi olan Bakı sakinlərinin Bakı ərazisində yerləşən yanğından mühafizə bölmələrində sürücü vəzifəsində işləməsi üçün xidmətə qəbul elan edib.
 Bineqedi.info-nun FHN-ə istinadən verdiyi xəbərə görə, uyğun bacarığı olan, müddətli həqiqi hərbi xidmət keçmiş, 01.08.2019-cu il tarixinədək 30 yaşı tamam olmayan, tam orta və yaxud orta ixtisas təhsilli, boyu 170 sm və yuxarı şəxslər 12-13 iyulda Bakı şəhəri, Binəqədi rayonu, Hüseyn Seyidzadə küçəsi, 40 ünvanında yerləşən Binəqədi Rayon Dövlət Yanğından Mühafizə Hissəsinə müraciət edə bilərlər.
Əlavə məlumat üçün (012) 512-24-46 telefon nömrəsi ilə əlaqə saxlamaq mümkündür.
Əvvəlki məqaləXocasən qəsəbəsinin adı tarixdə ilk dəfə V-VI əsrlərdə çəkilib
Növbəti məqalədə25 yaşlı usta ikinci mərtəbədən yıxılıb