Ermənistan “Facebook Messenger” üzərindən təxribatlar həyata keçirir

0
39

Ermənistan bu dəfə “Facebook Messenger” üzərindən təxribatlarını davam etdirir.

Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən (NRYTN) Bineqedi.info saytına verilən məlumata görə belə ki, guya türkiyəli əsgərlərin Qarabağ müharibəsində Azərbaycan tərəfində vuruşduğunu təsdiqləmək məqsədilə Azərbaycandan olan istifadəçilərə “Messenger” vasitəsilə türk dilində səs yazıları göndərilir, eləcə də video-zənglər edilir. Bu zəngləri edən şəxslər özlərini Türkiyə vətəndaşı kimi qələmə verir və qarşı tərəfdən informasiya əldə etməyə çalışırlar.

“Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti vətəndaşlardan xahiş edir ki, hazırkı dövrdə tanımadıqları şəxslərdən gələn mesaj və zənglərə cavab verməsinlər. Məlumatların düzgünlüyünü rəsmi mənbələrdən yoxlasınlar Həmçinin hər hansı kiberinsidentlə üzləşdiyinizdə və ya metodiki dəstəyə ehtiyacınız olduqda, www.cert.az saytı və ya reports@cert.az e-poçtu vasitəsilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə müraciət edin. Xahiş edirik, baş verən kiberinsidentlərlə bağlı ekran görüntülərini (“screenshot”) və digər elektron sübutları saxlayın və bizə göndərin”, – deyə nazirlikdən bildirilib.

Bineqedi.info

Əvvəlki məqaləBinəqədidə reydlər davam etdirilir
Növbəti məqalədə“Biz Ermənistan ərazisinə heç bir zərbə endirmirik” – İlham Əliyev