Vüsar İsmayılov: “Xalqa bəxş edilən sevinc və xoşbəxt anların sayı çox olacaq”

0
132
vusar ismayilov

“Bu gün dünyanın gözü Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağdadır. Azərbaycan Ordusu işğal olunmuş ərazilərini azad etmək üçün əks-hücum əməliyyatlarına başlayıb. 2020-ci il sentyabrın 27-dən başlayan hərbi əməliyyatlarda işğalçı Ermənistanın yüzlərlə hərbi-texnikisı, canlı qüvvəsi məhv edilib. Bir sıra ərazilərimiz, strateji əhəmiyyətli yüksəkliklər düşmən tapdağından azad olunub. 27 ildən sonra işğaldan azad edilən yaşayış məskənlərində, yüksəkliklərdə Azərbaycanın üçrəngli bayrağı dalğalanır, ilk dəfə olaraq Cəbrayıl rayonunda azan səsi eşidildi. Bütün bunlar hər bir azərbaycanlıda fəxarət və qürur hissi yaradır”. Bineqedi.info saytının Sia-ya istinadən məlumatına görə, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədr müavini Vüsar İsmayılov deyib.

Onun sölərinə görə, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin oktyabrın 4-də Cəbrayıl şəhəri və rayonunun doqquz kəndinin işğaldan azad edildiyi tarixi hadisə münasibətilə Azərbaycan xalqına etdiyi müraciəti zamanı “Cocuq Mərcanlı bizim yenilməz iradəmizin rəmzidir. Cocuq Mərcanlı onu göstərir ki, heç vaxt Azərbaycan xalqı işğalla barışmayacaq və bizim işğal edilmiş digər torpaqlara qayıdışımız məhz Cocuq Mərcanlıdan başlamışdır” dediyi fikirlərini xatırladaraq, qeyd etdi ki, 2016-cı ilin aprelində Azərbaycan Ordusunun Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinin yaxınlığında yerləşən Lələtəpə yüksəkliyini azad etməklə düşmən üzərində qazandığı tarixi zəfərlə yurd həsrəti ilə yaşayan insanların qəlbindəki ümid çırağını yandırdı: “Bu zəfər Qarabağa, doğma yurda qayıdışın başlanğıcı oldu. Bu baxımdan Cocuq Mərcanlı “Böyük Qayıdış”ın ilk müjdəçisi sayılır. Bu gün Azərbaycan tarix yazır. Güclü və qüdrətli Azərbaycan ordusu, ölkə Prezsidenti , Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ardıcıl olaraq düşmən tapdağında olan torpaqlarımızı azad edir və bununlada xalqımıza sevincli anlar yaşadır. Hər bir ərazinin, yaşayış məskənin azad edilməsini bütün dünya azərbaycanlıları göz yaşları ilə qeyd edir. Bu göz yaşları ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin dediyi kimi: “Bu, sevinc göz yaşlarıdır. 1990-cı illərin əvvəllərində də Azərbaycan göz yaşlarını töküb. Ancaq o, məğlubiyyət göz yaşları idi, o, faciə göz yaşları idi”.

V.İsmayılov əminliklə bildirdi ki, xalqa bəxş edilən sevinc və xoşbəxt anların sayı çox olacaq: “Tam qətiyyətl demək olar ki, mənliyimiz və qürur mənbəyimiz olan üçrəngli Bayrağımız Ağdamda, Şuşada, Kəlbəcərdə, Füzulidə, Xankəndində, Laçında, Qubadlıda, Xocalıda dalğalanacaq. Bu bölgələdə quruculuq və abadlıq işləri həyata keçiriləcək, qaçqın və məcburi köçkünlərimiz öz ev-eşiklərinə qayıdıb, sakit həyatlarını yaşayacaqlar”.
V.İsmayılov onu da bildirdi ki, güclü Azərbaycan ordusunun sarsıdıcı zərbələri qarşısında məğlub olan Ermənistan Azərbaycanın dinc əhalisini raket atəşinə tutmaqla terrorçu bir dövlət olduğunu bütün dünyaya nümayiş etdirir: “Ermənistan ordusu qaçır. Paşinyan rejimi isə məğlubuiyyətlə barışmayaraq döyüş əməliyyatlarının aparıldığı bölgədən uzaqlıqda yerləşən Azərbaycan şəhərlərini və əhalinin sıx yaşadığı məntəqələri intensiv atəşə tutur. Bununlada beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il Cenevrə Konvensiyasının tələblərini kobud şəkildə pozur. Buna görə, Paşinyan və həyasızcasına “Gəncənin bombalanması əmrini mən vermişəm” deyən Arayik Arutyunyan cavab verəcəklər. Onları ciddi cəza gözləyir. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ərazilərimiz işğaldan azad edilib, torpaq bütövlüyümüz təmin olunduqdan sonra Nikol Paşinyan, Seyran Ohanyan, Arayik Arutyunyan, Serj Sarkisyan, Robert Koçaryan və digərləri insanlıq əleyhinə cinayətlərinə görə, ədalət məhkəməsi qarşısına çıxarılaraq layiq olduqları cəzanı alacaqlar”.

Əvvəlki məqaləBakı, Sumqayıt və Abşeronda şagirdlər üçün YENİLİK
Növbəti məqalədəNoyabrın 2-dək ölkədə qoyulan qadağaların siyahısı