DYP-dən sürücülərə müraciət: “Vaxtı elə tənzimləyin ki, 21:00-dək…”

0
57
komendant-saati-karantin

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlum qərarı və müharibə şəraiti ilə bağlı ölkədə gedən proseslər, əlavə daha ciddi tədbirlərin görülməsi zərurəti yaradır.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi bölmə rəisi, polis polkovniki Vaqif Əsədov vətəndaşlara bununla bağlı müraciət edib.

Bölmə rəisi koronavirusla bağlı xüsusən sərnişindaşımada iştirak edən avtobus və taksilərə səslənib:

“Buna görə də yol polisi olaraq sərnişindaşıma ilə məşğul olan hüquqi və fiziki şəxslərə müraciət edirik. Xahiş edirik ki, marşrutlar üzrə avtobusların sayının mümkün qədər artırılmasını, interval müddətinin azaldılmasının, reysqabağı avtobusların dezinfeksiya edilməsini və hərəkət zamanı normadan artıq sərnişinlərin daşınmamasına xüsusi diqqət artırılsın.

Sərnişinlər də bu tələblərə ciddi riayət edərək öz sağlamlıqlarını qorumaq məqsədilə dolu avtobuslara minməsinlər. Eyni zamanda sərnişinlərin qoruyucu vasitələrdən istifadə etməsi və sosial məsafənin qorunması vacib faktordur ki, sürücülər də bunu təmin etməlidir. Ayrıca taksi fəaliyyəti ilə məşğul olanlar da qoruyucu, şəffaf arakəsmələrdən istifadəyə üstünlük verməlidir. Hazırkı durumda zolaqlar üzrə avtomobillərin sıx cərgələnməsi, hər kəsin şəxsi nəqliyyat vasitəsindən istifadə etməsinə üstünlük verməsi, ictimai nəqliyyatdan istifadə edənlərin sayının çoxluğu əsas verir ki, süni sıxlığın yaranması ehtimalını artırır. Ləngimə faktlarının qarşısının alınması üçün sürücülər dayanma-durma qaydalarına düzgün riayət etməlidir. Xüsusilə avtobus duracaqları zəbt edilməməlidir.”

V.Əsədov həmçinin vətəndaşları komendant saatının tələblərinə ciddi riayət etməyə çağırıb:

“Sürücülər vaxtı elə tənzimləməlidir ki, saat 21:00-dək öz evlərində ola bilsinlər. Çünki bu hüquq-mühafizə orqanları üçün əlavə yükdür. Ümid edirik ki, vətəndaşlarımız bu çağırışlara və tövsiyələrə ciddi əməl edəcək. Çünki komendant saatının pozulması və kütləvi toplaşmalar düşmən tərəfindən törədilə biləcək terror təhlükəsini yaradır. Bir daha sürücüləri verilən tövsiyələrə ciddi əməl etməyə çağırırıq. Bu gün ölkəmiz müharibə vəziyyətidir. Odur ki, hər şey cəbhə üçün, Vətən üçün əsas şüarımız olmalıdır”.lent.az

Əvvəlki məqalə“Hər gün cəbhədən çox gözəl xəbərlər gəlir”
Növbəti məqalədəDTX müraciət yaydı – Həqiqəti əks etdirməyən məlumatları yaymayın