Binəqədidə gənci maşın vurdu: Sürücü hadisə yerindən qaçdı

0
57
qeza-tecili-yardim-bicaqlanma-kriminal

Bakının Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.

Hadisə Biləcəri qəsəbəsi, Yəhya Hüseynov küçəsində baş verib.

Bildirilib ki, 1992-ci il təvəllüdlü Babayev Kamil Dəyanət oğlu piyada keçidindən keçib. Bu zaman onu yüksək sürətlə hərəkətdə olan naməlum avtomobil vurub və sürücü hadisə yerindən uzaqlaşıb.

Yaralı 3 nömrəli şəhər klinik xəstəxanasına yerləşdirilib. Ona baldır sümüklərinin sınığı diaqnozu qoyulub.

Hazırda hadisəni törədən sürücünün axtarışı aparılır.apa

Əvvəlki məqalə“Gənclər elə bilirlər ki, xəstəliyi yüngül keçirəcəklər” – Yaqut Qarayeva
Növbəti məqalədə“İşğalçılıq siyasəti Ermənistanı kapitulyasiyaya doğru aparır”